Rusiya əsgərləri Ukrayna ordusu üzərinə hücuma keçdi

rusiya-esgerleri-ukrayna-ordusu-uzerine-hucuma-kecdi
Oxunma sayı: 12998


Rusiya ordusu Ukraynaynanın Sevastopoldakı hərbi hissələrinə hücum etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, Rusiya ordusu Ukraynanın Sevastopoldakı Matros Koşka hissələrinə hücuma başlayıblar. Dmitriy Beloçerkoves bu barədə Facebook səhifəsində yazır: "Rusiya ordusu Ukraynanın Sevostopol hissəsindən hücuma başlayıb. Bizimkilər BTR-lərlə müdafiəyə hazırlaşırlar."

O, jurnalistlərdən ora gedib baş verənləri işıqlandırmalarını xahiş edib. 

D. Beloçerkoves "Ukrainskaya pravda"ya açıqlamasında, rusların Lazervskilər kazarmasının qarşısında yerləşən hərbi şəhərciyə - 39-cu təlim hissələrinə hücum etdiklərini təsdiqləyib: 

"Ukraynalı zabit-parlamentçilər əsir götürülüblər. Binalardan birində yanğın başlayıb. Heç bir nişanı olmayan Rusiyanın KamAZ-ı hərbi şəhərciyin ərazisinə daxil oldu. Bizimkilər girişi BTR-lərlə kəsiblər və rusların KamAZ-ı onların əsas qüvvələrindən ayrı qalıb.

O, əlavə edib ki, ruslar şəhərciyin sərhədlərində avtomatlılar qoyublar və atəşlərlə hədələyirlər. KamAz-dan heç kim düşmür... AnsPress