Rusiya İdlibi bombalamasının səbəbini açıqlayıb

rusiya-idlibi-bombalamasinin-sebebini-aciqlayib
Oxunma sayı: 1765

Rusiya Suriyanın İdlib şəhərinə təşkil etdiyi hava hücumlarını şərh edib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiyaya aid dörd təyyarə ötən gün Hmeymin hərbi bazasından İdlibdəki “Cebhat ən-Nusra” terror qruplaşmasının obyektlərinə zərbələr endirib. 

Onun sözlərinə görə, aviazərbələrin hədəfi yaşayış məntəqələrindən kənarda yerləşən pilotsuz uçuş aparatlarının saxlanıldığı terrorçul anbarları olub.