Rusiya ilə Azərbaycan Nardaranda birgə film çəkir

rusiya-ile-azerbaycan-nardaranda-birge-film-cekir
Oxunma sayı: 1505

Azərbaycan və Rusiya kinematoqrafları Bakıda "Gecə qabarması" filminin çəkilişinə başlayıb. 

"Qafqazinfo" xəbər verir ki, ekran işinin rejissoru İsmayıl Səfərlidir. Çəkilişlər Xəzər sahillərində - Nardaran qəsəbəsində aparılır. Baş rolda Həmayıl Həsənova çəkilir. Filmdə Günəş Mehdizadə, Rasim Cəfər, Vüsal Əzizov, Fərid Aslanov, Qurban İsmayılv kimi aktyor və aktrisalar da rol alıblar. 
Filmin ssenari həmmüəlifi Mariya Zelinskaya, prodüserləri Aleksandr Rodnyanski, Sergey Melkumov və Mariya İbrahimovadır. 

Çəkilişdə iki şirkət iştirak edir: Rusiyanın "Non-Stop Production" və Azərbaycanın "Cinex Productions" şirkəti. Film 2019-cu ildə nümayiş olunacaq. Qeyd edək ki, film Sara adlı 14 yaşlı qızın balıq tutarkən itkin düşən atasının ölümü ilə barışmamağı haqqındadır. O, bu itki ilə barışmır və haqlı olduğunu sübut etmək üçün ailəsinin, kəndin adət-ənənələrinə qarşı çıxır. O, əmindir ki, itən balıqçı kəndin üzərinə çökən bədbəxtliyin səbəbinə çevrilib.