Rusiya ilə bu heyətlə mübarizə aparacağıq

rusiya-ile-bu-heyetle-mubarize-aparacagiq
Oxunma sayı: 640

“Qafqazinfo”nun Qol.Az-a istinadən verdiyi məlumata görə alman mütəxəssis Rusiya paytaxtına 21 futbolçu ilə gedəcək:

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Anar Nəzirov (“Qəbələ”), Səlahət Ağayev (“Sumqayıt”)

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Vladimir Levin (“İnter”), Əli Gökdəmir (“Hannover”, Almaniya), Aqil Nəbiyev (AZAL)

Yarımmüdafiəçilər: Ruslan Abışov, Rahid Əmirquliyev (hər ikisi “Xəzər Lənkəran”), Elşad Naziri (“Milsami”, Moldova), Murad Ağayev (“Sumqayıt”), Aleksandr Çertoqanov (“Qəbələ”), Mahir Şükürov (“Neftçi”), Cavid Hüseynov (“Adanademirspor”, Türkiyə)

Hücumçular: Branimir Subaşiç (“Xəzər Lənkəran”), Vüqar Nadirov, Rauf Əliyev, Vaqif Cavadov (hamısı “Qarabağ”), Ciha Özkaya (“Erciyyespor”, Türkiyə)