Rusiya İraqa “T-90” tankı satacaq

rusiya-iraqa-t-90-tanki-satacaq
Oxunma sayı: 646

Rusiya və İraq “T-90” tanklarının satışı barədə müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələlər üzrə köməkçisi Vladimir Kojinə istinadən məlumat yayıb.

Tankların dəqiq sayı açıqlanmasa da ilk mərhələdə 73 ədəd “T-90”nın tədarük ediləcəyi vurğulanıb.

Kojinin sözlərinə görə, hazırda Küveyt də T-90 tanklarının alınması ilə bağlı dialoqlar aparır.