Rusiya mayonezinin reklamı Gürcüstanda qalmaqal yaratdı

rusiya-mayonezinin-reklami-gurcustanda-qalmaqal-yaratdi
Oxunma sayı: 3031

Gürcüstanın müdafiə nazirinin, prezident administrasiyasının və vergilər xidmətinin mətbuat katibləri Rusiyanın “Sloboda” mayonezinin reklamına çəkilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu isə ölkədə qalmaqala səbəb olub. Məmurlar açıqlamalarında reklama çəkildiklərini, ümumiyyətlə, “Sloboda”nın Rusiya markası olduğunu bilmədiklərini deyiblər. 

Qeyd edək ki, Gürcüstanla Rusiya arasında 2008-ci ildən heç bir diplomatik əlaqə yoxdur. İki ölkə arasında dialoq Cenevrə müzakirələri əsasında davam edir.