Rusiya MSK-nın saytına haker hücumu olub

rusiya-msk-nin-saytina-haker-hucumu-olub
Oxunma sayı: 1520

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytı DDoS haker hücumuna məruz qalıb

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya MSK sədri Ella Panfilova bildirib.

“Mərkəzi Seçki Komitəsinin saytına gecə saat 2-dən 5-ə qədər haker hücumu olub. Hücumların  mənbəyi 15 ölkədir”, deyə Pamfilova qeyd edib.

Ancaq hücumların hansı ölkədən olduğu barədə məlumat verilməyib.