Rusiya müxalifəti tanıdı

rusiya-muxalifeti-tanidi
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, Fransa və İngiltərənin təşəbbüsü təşkil edilən Liviya konfransında Müammər Qəzzafi dövründən sonrakı ölkənin yenidən qurulması və Milli Keçid Şurasına ediləcək yardımlar müzakirə edilib. Konfransda iştirak edən sürpriz ölkə isə Liviya müxalifətini tanımayan Çin olub. Keçən həftə Pekinə səfər edən Fransa prezidenti Nikola Sarkozinin şəxsi dəvəti ilə Parisə bir nümayəndə göndərmək qərarı verənÇin hökuməti, Qəzzafi tərəfdarlarına qarşı NATO-nun hücumlarını tənqid etmişdi. Liviyada çox böyük sərmayələri olan Çinin 26 şirkəti, 20 milyard dollar dəyərindəki layihələri icra edir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu toplantının əvvəlində amerikalı həmkarı Hillari Klinton ilə görüşüb. Bir saat davam edən görüşdə Liviya, Suriya və Türkiyə-İsrail münasibətləri başda olmaqla NATO və Balkanlar ilə əlaqədar məsələlərin müzakirə edildiyi bildirilir.
Liviya üçün yaradılan Təmas qrupu yığıncaqlarına dünənə qədər qatılmayan Rusiya isə ani bir qərarla Milli Keçid Şurasını tanıdı. Hərbi əməliyyata dəstək verməyən Almaniyanın Baş naziri Angela Merkelin isə Liviyanın yenidən qurulmasına vəd verdiyi açıqlanır.