Rusiya prezidentinin eks-səlahiyyətli nümayəndəsi saxlanıldı

rusiya-prezidentinin-eks-selahiyyetli-numayendesi-saxlanildi
Oxunma sayı: 1334

Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları Kişinov hava limanında Rusiya prezidentinin Saxalində keçmiş səlahiyyətli nümayəndəsi Vitaliy Quliyi saxlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyinə onun vəkili Daqir Xasavov məlumat verib. 

Vəkilin sözlərinə görə, V. Quliy Rusiyada ekstremizmdə təqsirləndirilir: “Vitaliy Quliy bu gün Kişinova uçurdu. Lakin aeroportda Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları onu səbəb demədən saxlayıblar”.

Qeyd edək ki, V. Quliy 19991-1993-cü illərdə Rusiya prezidentinin Saxalində səlahiyyətli nümayəndəsi vəzifəsini daşıyıb.