“Rusiya Qarabağ üçün əlindən gələni edəcək”

rusiya-qarabag-ucun-elinden-geleni-edecek
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri “Rusiyanın səsi” radiosuna müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib: “Bu, öz kökləri, tarixi olan fövqəladə mürəkkəb, qarışıq temadır. Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında səyləri əvvəllər olduğu kimi ATƏT Minsk qrupuna yönləndirmək lazımdır”.

Karasin onu da əlavə edib ki, Ermənistan və Azərbaycan MDB-də Rusiyanın yaxın həmkarlarıdır: “Biz həm İrəvanla, həm də Bakı əlaqələri dəyərləndiririk və hər iki tərəfin Dağlıq Qarabağ mövzusunda mövqelərini yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi ədalətli və düzgün edirik”.
Rusiya XİN-nin rəsmisi 2012-2013-cü illərdə bu məsələnin həllində irəliləyişlərin olacağına ümid etdiyini də ifadə edib.