Rusiya rublunun düşməsi Quba almasına mənfi təsir göstərdi - Video

rusiya-rublunun-dusmesi-quba-almasina-menfi-tesir-gosterdi
Oxunma sayı: 2469

Qubada alma yığımına başlanılıb.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, məhsuldarlıq ötən ilə nisbətən 15-20 faiz çoxdur.

Məhsul bol olsa da, alıcı tapılmır. Məlumata görə, Rusiya bazarlarında rublun məzənnəsinin aşağı düşməsi alıcılıq qabiliyyətinə mənfi təsir göstərib.

Hazırda toplanan məhsul çeşidlənərək qablaşdırılır və soyuducu anbarlara yığılır.

Alma yığımının oktyabrın sonuna kimi başa çatdırılması planlaşdırılır.