Rusiya Saakaşvilinin acığına Gürcüstana əl uzatdı

rusiya-saakasvilinin-acigina-gurcustana-el-uzatdi
Oxunma sayı: 644

"(İki ölkə arasında) mədəni əlaqələr saxlanılır, ticarət və iqtisadi əlaqələr həmçinin bərpa oluna bilər."

Bu sözləri Baş Nazir Rusiyanın "Kommersant" qəzetinə verdiyi müsahibədə deyib.

BBC-nin Tbilisidəki müxbiri Damien McGuinnes deyir ki, Gürcüstanda bu sözlərin Gürcüstan ixraclarının satışına qoyulan qadağanın ləğv olunmasına gətirib çıxarmasına ümid var.

Gürcüstanın yeni höküməti həmçinin Rusiya ilə ticarəti artıraraq iqtisadiyyatı inkişaf etdirmək istəyir, müxbirimiz deyib.

Gürcüstanın yeni Baş Naziri, pulunu Moskvada qazanan milyarder Bidzina İvanişvili deyib ki, Rusiya ilə əlaqələri bərpa etmək mühümdür.

"Kommersant" qəzetinə verdiyi müsahibədə isə cənab Medvedev deyib ki, dialoq apara bilməyəcəyi yeganə insan - Mixail Saakaşvilidir.

"O, müharibəni başladı, cinayət törədib", - deyə o izah edib.

Buna baxmayaraq, McGuinnessə görə, hər iki ölkənin rəhbəri israrlıdır ki, ayrılmış ərazilər barədə razılaşmaya gəlməyənə qədər diplomatik əlaqələr bərpa olunmayacaq, bunun isə "yaxın gələcəkdə baş verməsi ehtimalı azdır".

Rusiya və Gürcüstan arasında 2008-ci ildə Cənubi Osetiya və Abxaziya əraziləri ilə bağlı qısa müharibə baş verib.

Tbilisi deyir ki, Gürcüstanın 20 faizini təşkil edən ərazilər Rusiya qüvvələri tərəfindən işğal olunub, Rusiyanın fikrincə isə ərazilər müstəqil dövlətlərdir./BBCAzərbaycanca/