Rusiya seçicilərinin 51,9 faizi artıq səs verib

rusiya-secicilerinin-519-faizi-artiq-ses-verib
Oxunma sayı: 1323

Rusiyada yerli vaxtla saat 17:00-a kimi olan seçici fəallığı açıqlanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli ictimai monitorinq mərkəzi koordinatoru Roman Kolomoyçev bildirilib.

Onun sözlərinə görə, 17.00-a olan məlumata görə seçici fəallığı 51,9 faiz təşkil edib.

Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir.