“Rusiya şərtlərimizi qəbul edərsə...”

rusiya-sertlerimizi-qebul-ederse
Oxunma sayı: 653

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında millət vəkili Asim Mollazadə Rusiyanın Qəbələ RLS-lə bağlı icarə müddətinin üç ilə artırılması ilə bağlı yeni təklifinə münasibət bildirərkən səsləndirib.

Asim Mollazadə bildirib ki, Qəbələ RLS artıq öz strateji əhəmiyyətini itirib: “Rusiya Arnavir vilayətində belə bir stansiyanı artıq quraşdırıb. Rusiya yeni təkliflərlə danışıqlar prosesini uzatmaq istəyir”.

Millət vəkilinin sözlərinə görə, Rusiya Azərbaycanın şərtlərini qəbul edərsə, icarə müddəti üç il müddətinə uzadıla bilər. Qəbələ RLS ona lazım olmadığına görə, çox güman ki saziş də imzalanmayacaq”

Günel