Rusiya slovakiyalı diplomatı ölkədən qovdu

rusiya-slovakiyali-diplomati-olkeden-qovdu
Oxunma sayı: 961

Rusiya slovakiyalı hərbi diplomatı persona non-qrata elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb. Bununla bağlı Slovakiya səfirinə dekabrın 11-də nota təqdim edilib. 

XİN rəsmisi Mariya Zaxarova bildirib ki, diplomata ölkəni tərk etməsi üçün iki sutka vaxt verilib. 

Bu addım noyabrın 22-də rusiyalı diplomatın Slovakiyadan qovulmasına cavab olaraq atılıb. Rus diplomat cəsusluqda ittiham edilmişdi.