Rusiya Suriyada 1310 hədəfi vurdu

rusiya-suriyada-1310-hedefi-vurdu
Oxunma sayı: 1203

Rusiya Hərbi Hava Qüvvələri Suriyada son həfət ərzində 400-dən çox uçuş həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Krasnaya zvezda” qəzeti rəsmi məlumatı yayıb.

Endirilən hava zərbələri nəticəsində terrorçulara məxsus 1310 hədəf məhv edilib.

Pilotsuz təyyarələr isə 130-dan çox kəşfiyyat uçuşu həyata keçirib və 360 hədəf müəyyən edilib.