Rusiya Suriyadakı əsgərlərinin sayını azaldır

rusiya-suriyadaki-esgerlerinin-sayini-azaldir
Oxunma sayı: 697

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Suriyada rus əsgərlərin sayının azaldılacağını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, V.Gerasimov bunun dünən Soçidə baş tutan zirvə toplantısında razılaşdırıldığını deyib.

Qeyd edək ki, dünən Soçidə baş tutan Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin görüşündə Suriyada gərginliyin azaldılması və siyasi həll prosesinin sürətləndirilməsi müzakirə edilib.