Rusiya Suriyaya zenit raket kompleksi göndərir - “Adekvat cavab verəcəyik”

rusiya-suriyaya-zenit-raket-kompleksi-gonderir
Oxunma sayı: 1490

Rusiya Suriya Silahlı Qüvvələrinə C-300 zenit raket kompleksi göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu açıqlama verib. Onun sözlərinə görə, bu, iki həftə ərzində reallaşacaq. 

Nazir bildirib ki, Suriyaya göndəriləcək raket kompleksləri 250 kilometrdən çox uzaqlıqdakı hava hücumu vasitələrini yaxalamaq və eyni anda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə sahibdir:

“Qeyd edim ki, 2013-cü ildə İsrail tərəfinin xahişi ilə biz Suriyaya göndərilməyə hazır vəziyyətdə olan C-300” kompleksinin verilişini dayandırdıq. İndi bizdən asılı olmayan səbəbdən situasiya dəyişib”.

 

Sergey Şoyqu, eyni zamanda əlavə edib ki, Rusiya öz hərbçilərinin Suriyada təhlükəsizliyini artırmaq üçün İsrailin davranışına adekvat cavab vermək məcburiyyətindədir.