Rusiya Təhlükəsizlik Şurasının Suriyaya dair qətnaməsini bloklayıb

rusiya-tehlukesizlik-surasinin-suriyaya-dair-qetnamesini-bloklayib
Oxunma sayı: 825

Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi hücumların araşdırılmasını 1 il müddətinə uzadılmasını nəzərdə tutan   qətnaməsini bloklayıb.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata əsasən, BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizmi 2015-ci ildə hazırlanaraq Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul edilib. 2016-cı ildə birgə mandatın müddəti daha 1 il uzadılıb. Onun müddəti noyabrın ortasında başa çatacaq.

Rusiya ilə bərabər qətnamənin əleyhinə Boliviya da səs verib, Çin isə bitərəf qalıb.