Rusiya təyyarəsi Türkiyədə fəlakətdən qurtuldu

rusiya-teyyaresi-turkiyede-felaketden-qurtuldu
Oxunma sayı: 2690

Antalyadan Moskva istiqamətində hərəkətdə olan “Airbus A330-İfly” tipli təyyarə Qara dəniz üzərində başqa bir təyyarə ilə toqquşmaqdan son anda xilas olub.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, rus pilotun sayıqlığı nəticəsində qəza baş verməyib.

Məlumata görə, pilot qarşıdan gələn təyyarəni görüncə həmin təyyarənin pilotu ilə təmas qurmaq istəyib. Cavab gəlmədiyi üçün radio-siqnalları işə salıb. Bundan da nəticə ala bilməyən rus pilot idarə etdiyi təyyarəni ani manevrlə daha da yuxarı qaldırıb.

Onun bu addımı sayəsində hər iki təyyarə faciədən qurtulub.

Digər təyyarənin hansı ölkəyə məxsus olduğu hələlik məlum deyil.