Rusiya Türkiyəyə yeni səfir göndərdi - 5 ay sonra

rusiya-turkiyeye-yeni-sefir-gonderdi
Oxunma sayı: 653

Rəsmi Moskva Aleksey Yerhovu Türkiyəyə səfir göndərib.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Aleksey Yerhov daha öncə Rusiyanın İstanbuldakı baş konsulu kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki eks-səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlüt Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.