Rusiya Ukraynaya neft ixracını qadağan etdi

rusiya-ukraynaya-neft-ixracini-qadagan-etdi
Oxunma sayı: 745

Rusiya hökuməti neft və neft məhsullarının Ukraynaya ixracına qadağa qoyub.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, bu barədə qərarı baş nazir Dmitri Medvedyev hökumətin iclasında açıqlayıb.

Məlumata görə, məhdudiyyətlər Ukraynanın ötən il 250 milyon dollara yaxın həcmdə idxal etdiyi maşınqayırma, metal emalı, yüngül sənaye məhsullarına şamil olunub.

Hökumət rəhbərinin sözlərinə görə, yalnız iyunun 1-dən etibarən  Rusiyadan Ukraynaya neft ixracı yalnız xüsusi icazə əsasında mümkün olacaq.