Rusiya Ukraynaya satdığı qazın qiymətini qaldırır

rusiya-ukraynaya-satdigi-qazin-qiymetini-qaldirir
Oxunma sayı: 2201


 “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu ay Rusiyanın Ukraynaya satdığını təbii qazın dəyəri ötən ay olduğu kimi (1000 kub metrə  268,5 dolar) dəyişməz olaraq qalsa da, ikinci rübdə güzəştin uzadılmasına nail olunmasa bu qiymət 400 dollara çatacaq. Hazırda Ukraynanın “Naftoqaz” şirkəti əvvəlki qiymətin saxlanması ilə bağlı “Qazprom”la danışıqları davam etdirir. 

Bununla yanaşı Ukraynanın Enerji və Kömür Sənayesi Nazirliyi yaxın aylarda borcun qaytarılacağına söz veriblər. Eyni zamanda, nazirlikdə qiymətlərin qalxacağı və ya hərbi münaqişənin şiddətlənəcəyi təqdirdə ümumiyyətlə Rusiya qazından imtina məsələsi də gündəmdədir. 

Nazirlikdən olan mənbə bildirib ki, hazırda Rusiyaya olan borcun ödənməsi üçün pul axtarışları ilə bağlı təcili tədbirlər həyata keçirilir: “Bizim Macarıstan və Polşadan 6 milyon kub metr qaz idxal etmək imkanlarımız var. Slovakiyadan qaz ala bilsək, biz ümumiyyətlə bütün daxili yanacaq ehtiyaclarını ödəyə bilərik”.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın 2 milyarda yaxın borcu olduğunu əsas gətirərək Rusiya yanacağın qiymətini qaldıracağını elan etmişdi.