“Rusiya və Çin əsas rəqibdir” - Obama

“Rusiya və Çin əsas rəqibdir”
Oxunma sayı: 687

ABŞ prezidenti Barak Obama vida nitqində Rusiya və Çini ölkəsinin əsas rəqibləri adlandırıb. O, bununla belə, qeyd edib ki, Moskva və Pekinin beynəlxalq arenadakı təsiri ABŞ-ın dünyadakı nüfuzu ilə müqayisə edilə bilməz.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, B.Obama bu barədə Çikaqoda çıxışı zamanı bildirib.

Amerika lideri həmçinin demokratiya dəyərlərinin ABŞ-da və dünyada zəifləməsi təhlükəsinin olması ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, demokratiya dəyərlərinin zəifləməsi dünyada vətəndaş və beynəlxalq müharibələrinin yaranmasına gətirib çıxara bilər.

Obama bundan başqa İslam adı altında çıxış edən fanatiklərin və bəzi ölkələrdə hakimiyyətdə olan diktatorların hüququn aliliyi və insan haqlarına əməl olunma prinsiplərinə əsaslanan dünya nizamına təhlükə yaratdığını vurğulayıb: “Bu təhdidlər ABŞ üçün minalanmış avtomobil və ya raketdən daha böyük təhlükə yaradır”.

Barak Obama yanvarın 20-də postunu tərk edəcək. ABŞ-ın yeni prezidenti Donald Tramp olacaq.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi