Rusiya və İran yeni layihəyə hazırlaşır - Razılıq əldə olundu

Rusiya və İran yeni layihəyə hazırlaşır
Oxunma sayı: 836

İranda səfərdə olan Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Həsən Ruhani arasında keçirilən görüşdə yeni qaz kəməri layihəsinin həyata keçirilməsi istiqamətində razılaşma əldə edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, razılaşmaya əsasən İran qazının Hindistana çatdırılması nəzərdə tutulub:

“1200 km uzunluğundakı qaz kəmərinin çəkilməsində İran, Pakistan və Hindistan şirkətləri iştirak edəcəklər. Kəmərin tikintisinin 2019-cu ildə başlanılacağı gözlənilir. “Qazprom” şirkəti isə İranda qaz istehsal məntəqələrində nəqlin başlaması üçün lazımi infrastrukturu quracaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi