Rusiya və Qətər arasında hərbi anlaşma

Rusiya və Qətər arasında hərbi anlaşma
Oxunma sayı: 526

Rusiya müdafiə naziri Sergey Şoyqu qətərli həmkarı Halid bin Muhammed əl-Atiyyə arasında hərbi anlaşmanın imzalanadığı bildirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Dohada baş tutan görüş zamanı tərəflər ikitərəfli münasibətlər, hərbi və müdafiə sahələrində iş birliyinin gücləndirilməsi, Körfəz və Suriya böhranları ilə bağlı müzakirələr aparıblar.

Tərəflərin hərbi-texniki, havadan müdafiə və hərbi ləvazimat sahələrini əhatə edən sözləşmə imzaladığı vurğulanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi