Rusiya Venesuelaya 100-ə yaxın əsgər və 35 ton avadanlıq göndərdi

Rusiya Venesuelaya 100-ə yaxın əsgər və 35 ton avadanlıq göndərdi
Oxunma sayı: 1050

Rusiya Venesuelaya əsgər və hərbi avadanlıqlar daşıyan iki təyyarə göndərib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarələr ölkənin paytaxtında yerləşən Maiquetia hava limanına enib. 

Venesuelalı jurnalist sosial şəbəkə hesabında aeroportda 100-ə yaxın əsgər gördüyünü və 35 tona yaxın hərbi avadanlığın təyyarədən boşaldıldığını yazıb. 

Bundan başqa, sosial şəbəkələrdə hava limanından çəkilən fotolar yayılıb.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi