Rusiya vətəndaşı Bakıda yoxa çıxıb - Məktub da yazıb...

Rusiya vətəndaşı Bakıda yoxa çıxıb
Oxunma sayı: 1391

Rusiya vətəndaşı Bakıda itkin düşüb.

"Qafqazinfo" Femida.az-a istinadən xəbər verir ki, 1960 –cı il təvəllüdlü Vəliyev Saleh Valeh oğlu yaşadığı evdən çıxıb geri qayıtmayıb. Hadisə Səbail rayonu, H.Z.Tağıyev küçəsi 16/18, mənzil 4-də baş verib. Yaxınlarının verdiyi məlumata görə, o evdən çıxarkən məktub yazıb. Rus dilində yazılan məktubda qeyd edib ki, geciksə, polisə məlumat versinlər.

Saleh Vəliyevin bacısı Gülarə Vəliyeva deyir ki, onun evdən getməsini dünən axşam bilib.

“ Qardaşım Rusiya vətəndaşıdır. Uzun müddətdir ki, orada yaşayırdı. Bu ilin fevralın 28-də Bakıya gəldi. Özü də çox pis vəziyyətdə idi. İki barmağını don vurmuşdu. Onu Respublika xəstəxanasına apardıq. Orada iki barmağını kəsdilər. Martın 2-də evə buraxdıqdan sonra anamın evində qalırdı. Mayın 1-də gecə onun qaldığı evə gələndə gördüm ki, yoxdur. Stolun üstündə xətti ilə yazılmış məktubu və siqareti qalmışdı. Bundan sonra dərhal polisə məlumat verdik.”

Ailə üzvləri onun heç bir qohum evinə də getmədiyini bildiriblər. 

Faktla bağlı Səbail rayonu 39-cu polis bölməsində araşdırma başlanılıb.

Bu şəxsi görənlərdən polisə və yaxınlarına məlumat vermələri xahiş olunur:

Əlaqə nömrəsi: 055 409 56 75 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi