Rusiya XİN-dən Qarabağ - Açıqlaması

rusiya-xin-den-qarabag
Oxunma sayı: 3506

“Biz çox istəyirik ki, bu problemli məsələ nizamlansın. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təbii ki, dəfələrlə barəsində danışdığımız əsaslar üzərində olacaq”.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən növbəti brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunarkən səsləndirib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi Rusiya üçün prioritet mövzudur.

M.Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və Yerevana son səfərini şərh edərək deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir, çünki bu mövzu bizə dost olan iki dövlətə, münasibətlərimizi inkişaf etdirdiyimiz xalqlara aiddir. Çox istərdik ki, bu problemli məsələ, nəhayət, nizamlansın”.