Rusiya XİN-in binasında bomba həyəcanı - İşçilər təxliyyə edildi

rusiya-xin-in-binasinda-bomba-heyecani
Oxunma sayı: 854

Rusiyada naməlum şəxs Xarici İşlər Nazirliyinin binasına bomba qoyulması barədə polisə məlumat verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, dərhal bölgəyə çoxlu sayda polis cəlb edilib və binada araşdırmalar aparılıb, 40-a yaxın işçi təxliyyə edilib.

Axtarışlar nəticəsində partlayıcı maddə tapılmayıb. Hazırda yalan məlumat verən şəxsin tapılması istiqamətində tədbirlər aparılır.

Qeyd edək ki, Rusiyada son 8 ayda binalara bomba qoyulması barədə 4 mindən çox həyəcan siqnalı ötürülüb. Polislər 2,6 milyon nəfəri binalardan təxliyyə edib.