Rusiyada 10-cu sinif şagirdi bir ailəni qətlə yetirdi

rusiyada-10-cu-sinif-sagirdi-bir-aileni-qetle-yetirdi
Oxunma sayı: 4196

Rusiyanın Ulyanovsk vilayətinin Patrikyeyevo kəndində dəhşətli hadisə baş verib.

"Qafqazinfo" xəbər verir ki, 16 yaşlı yeniyetmə bir ailənin 5 üzüvünü öldürüb, daha sonra isə intihar edib.

Qətlə yetirilənlərdən ikisinin 4 yaşı olub. Üzərində zorakılıq əlamətləri olan meyitlərin isə 66 yaşlı kişi, 42 və 69 yaşlı qadınlara məxsus olduğu müəyyən edilib.

Qeyd edək ki, 16 yaşlı yeniyetmə 10-cu sinif şagirdi olub və onu müsbət xarakterizə ediblər.