Rusiyada 10 yeniyetmə mağaza soydu - Biri azərbaycanlıdır

rusiyada-10-yeniyetme-magaza-soydu
Oxunma sayı: 1539

Rusiyanın Sankt-Peterburq şəhərində “Pyateroçka” adlı mağazalar şəbəkəsinə yeniyetmələr hücum edərək oğurluq ediblər. “Qafqazinfo”nun “konkretno.ru”ya istinadən xəbərinə görə, hadisə martın 25-də baş verib.

İnsidentdən sonra hüquq-mühafizə orqanları 14-18 yaşarası olan 10 gənc oğlanı saxlayıb. Onlardan 4 nəfəri doqquzuncu sinif şagirdi, 3-ü kollec tələbəsi, 2-si isə 16-18 yaşında olan və heç bir yerdə nə oxuyan, nə də işləyənlərdir.

İstintaq zamanı saxlanılan yeniyetmələrdən ən böyüyünün Azərbaycan vətəndaşı olduğu məlum olub.

Maddi zərərin miqdarı müəyyənləşdirilir. 

Yeniyetmələrə qarşı cinayət işinin açılacağı istisna edilmir.