Rusiyada 184 nəfər daşqına görə təxliyyə edildi

rusiyada-184-nefer-dasqina-gore-texliyye-edildi
Oxunma sayı: 924

Rusiyanın Krasnoyarsk vilayətinin Kansk şəhərində daşqınlar səbəbindən 184 nəfər təxliyyə olunub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Kan çayında suyun səviyyəsi 440 santimetrə çatıb. Xilasedicilər hazırda hadisə yerindədirlər.

Qeyd edək ki, bir qədər əvvəl Kanskda fövqəladə vəziyyət elan edilib.