Rusiyada 2 sərnişin avtobusu toqquşdu - 5 ölü, 18 yaralı

rusiyada-2-sernisin-avtobusu-toqqusdu
Oxunma sayı: 947

Rusiyanın Voronej rayonunda iki sərnişin avtobusu toqquşub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 18 nəfər yaralanıb. Daha əvvəl yaralıların sayının 39 nəfər olduğu ehtimal edilirdi. İnsident M-4 federal avtomobil yolunun 525-ci kilometrliyində baş verib.

Qəzaya nasaz olduğu üçün yol kənarında dayanan avtobusa arxadan gələn avtobusun sürətlə çırpılması səbəb olub.