Rusiyada 3 azərbaycanlı həbs olundu- - Video

rusiyada-3-azerbaycanli-hebs-olundu-
Oxunma sayı: 1582


“Qafqazinfo” ANS-ə istinadən xəbər verir ki, polislər soyğunçu dəstəni Zelenoqradda "Mariya" zərgərlik salonunu soyan zaman tutub. "Mariya" zərgərlik salonunu soymaq üçün gənclərə 14 dəqiqə bəs edib. Bu müddət ərzində onlar 42 yaşlı keşikçini tərk-silah edib və onun əl-qolunu bağlayıb. Daha sonra vitrini sındırıb bütün zərgərlik bəzəklərini aparıblar.

Soyğunçular hadisə yerindən iki qara rəngli "BMV " və "İnfiniti FX 35" avtomobilləri ilə uzaqlaşıb. Şahidlərdən biri quldurların getdiyi "İnfiniti" nömrəsini yazmağı bacarıb.

Polis şəhərdə "Ələ keçirmə" planı elan edilib və tezliklə nəticəsini əldə edib. Soyğunçuların avtomobili Brateyevsk küçəsində dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin əməkdaşları tərəfindən dayandırılıb.

Soyğunçular qaçmağa çalışsa da polis onları həbs etməyi bacarıb. Maşında axtarış zamanı oğurlanmış zərgərlik məmulatları aşkar edilib.

Cinayətkarlar 23-30 yaşlı Azərbaycan sakinləridir. Onların Moskva və Sankt-Peterburqda digər cinayət işlərində iştirakı iddia edilir. Hal-hazırda istintaq bu informasiyanı yoxlayır.