Rusiyada 4 nəfər dəm qazından boğulub

rusiyada-4-nefer-dem-qazindan-bogulub
Oxunma sayı: 775

Rusiyanın Saratov vilayətində dəm qazında boğulma faktı qeydə alınıb.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident Marks şəhərində baş verib. Hadisə nəticəsində 4 nəfər dəm qazından zəhərlənərək ölüb. Onların cəsədləri yaşadıqları evdə aşkar edilib. Ölənlərin arasında 10 yaşlı qız uşağı da olub. 

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.