Rusiyada ağır qəza - 3 ölü, 3 yaralı

rusiyada-agir-qeza
Oxunma sayı: 1265

Rusiyanını Nijeqorodski əyalətində yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, insident Moskva-Ufa magistralının 345-ci km-də qeydə alınıb. Minik avtomobili idarəetməni itirərək qarşıdan gələn maşınla toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.