Rusiyada ağır qəza - Ölənlər var

Rusiyada ağır qəza
Oxunma sayı: 876

Rusiya Federasiyasının İnquşetiya Respublikasında ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu  barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident cümə günü axşam Malqobek şəhərində qeydə alınıb. Mercedes və VAZ 2109 markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi