Rusiyada ağır yol qəzası - 15 ölü, 5 yaralı+ Yenilənib

rusiyada-agir-yol-qezasi
Oxunma sayı: 1859

Rusiya Federasiyasının Mariy El Respublikasında mikroavtobus yük maşını ilə toqquşub.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində biri uşaq olmaqla 12 nəfər həlak olub, 5 nəfər yaralanıb. 

Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.

***

Hadisə nəticəsində ölənlərin sayı 15 nəfərə yüksəlib.