Rusiyada ağır yol qəzası - Ölən və yaralananlar var

Rusiyada ağır yol qəzası
Oxunma sayı: 734

Rusiyanın Saratov vilayətində yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə DİN-nin regional xidməti məlumat yayıb.

Məlumata görə, "Volkswagen Caravelle" markalı mikroavtobus "KamAZ"la toqquşub. Xilasedicilərin sözlərinə əsasən, hadisə nəticəsində 4 nəfər həlak olub. Daha 9 nəfər isə yaralanıb. Xəsarət alanlardan 4-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi