Rusiyada Anar Allahverənovun məhkəməsi başladı

rusiyada-anar-allahverenovun-mehkemesi-basladi
Oxunma sayı: 2006

Rusiyanın Xabarovsk vilayət məhkəməsində  pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.   

“Qafqazinfo”  APA-ya istinadən xəbər verir ki, bugünkü məhkəmə iclası qapalı şəkildə keçirilir.   
 
Məlumata görə, Anar Allahverənovun maraqlarını məhkəmədə 3  vəkil təmsil edir. Onlar ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz olmasına dair vəsatət qaldırıblar.  
 
Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. 
 
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.