Rusiyada avtomobil qəzası - 3 ölü, 1 yaralı

rusiyada-avtomobil-qezasi
Oxunma sayı: 832

Rusiyanın Orlovski əyalətində avtomobil qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, Skania və Mitsubishi Lanser avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb. Bir nəfər isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Polis faktla bağlı araşdırma aparır.