Rusiyada avtoritet hər kəsin gözü qarşısında öldürüldü - Video

rusiyada-avtoritet-her-kesin-gozu-qarsisinda-olduruldu
Oxunma sayı: 4796

Rusiyanın İrkutsk şəhərində biznesmen silahlı təqibə məruz qalıb. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin kadrlar təsadüfən yoldakı sürücülərdən birinin kamerasına düşüb. 

Kadrlardan göründüyü kimi, ağ rəngli avtomobili iki qara dövlət nömrə nişanı olmayan maşın küncə sıxışdırır. Nəticədə “Toyota”nın sürücüsü idarəetməni itirərək ağaca çırpılır. Daha sonra təqib edənlərdən biri avtomobilə atəş açmağa başlayır. Sükan arxasındakı biznesmen öldürülür. 

Atəş açılan ərazidən tapança tapılsa da, onun kimə məxsus olduğu hələ bilinmir.

Ölən şəxsin yerli kriminal avtoritet olduğu deyilir.