Rusiyada Azərbaycan vətəndaşı bıçaqlanıb

rusiyada-azerbaycan-vetendasi-bicaqlanib
Oxunma sayı: 1068

Rusiyanın paytaxtı Moskvada Azərbaycan vətəndaşı bıçaqlanıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Hadisə ötən gün günorta saatlarında İvan Susanin küçəsində qeydə alınıb. 34 yaşlı azərbaycanlı sinəsindən və sol bud nahiyəsindən azı 5 bıçaq zərbəsi alıb. Yaralı əməliyyat olunub.

Zərərçəkmiş hadisəni törədənlər barədə məlumat verə bilməyib.