Rusiyada azərbaycanlı musiqiçi saxlanıldı - Deportasiya ediləcək

rusiyada-azerbaycanli-musiqici-saxlanildi
Oxunma sayı: 2245

Sank-Peterburqda yaşayan azərbaycanlı musiqiçi Ruslan Danilevski polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə musiqiçinin dostu Elena Genova məlumat verib.

Onun sözlərinə görə, səhər 06:00 radələrində Danilevski çöldə olarkən polis əməkdaşları ona yaxınlaşıb və sənədlərini təqdim etməsini istəyiblər. Lakin, Ruslanın sənədləri olmadığı üçün o, polis bölməsinə aparılıb.

Danilevskinin Azərbaycana deportasiya ediləcəyi bildirilir.

Məlumata görə, o, uşaq yaşlarında anası ilə birlikdə Rusiyaya köçüb və geridə qalan illər ərzində ona sənəd düzəldilməyib. Danilevskinin bu yaxınlarda pasport almaq üçün səfirliyə müraciət etdiyi və sənədlərin hazırlanma mərhələsində olduğu məlum olub.

Qeyd edək ki, musiqiçinin cümə günü planlaşdırılan konserti təxirə salınıb.