Azərbaycanlılar Rusiyada qəzaya düşdülər - 2 ölü, 8 yaralı+ Yenilənib

azerbaycanlilar-rusiyada-qezaya-dusduler
Oxunma sayı: 2364

Xəbər verdiyimiz kimi, Dağıstanın Qayakənd rayonunun “Kavkaz” federal avtomobil yolunda “Lada Qranta” və “Hyundai Solaris” markalı avtomobillər mikroavtobusla toqquşub. Hadisə nəticəsində 2 nəfər həlak olub, 8 nəfər ağır yaralı olaraq Qayakənd xəstəxanasına yerləşdirilib.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan üçü Azərbaycan vətəndaşıdır. Onlar Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusda olublar.

Ölənlər isə 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir. 

Hadisə şahidlərinin sözlərinə görə, qəzanı “Hyundai Solaris”in sürücüsü törədib.

***

Dağıstan Daxili İşlər Nazirliyi qəza ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, dünən saat 21:30 radələrində baş verən qəza zamanı “Hyundai Solaris” markalı avtomobili Yeni Qayakənd rayonunun 51 yaşlı sakini idarə edirmiş. O, qarşı zolağa çıxaraq Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı mikroavtobusla toqquşub. Sonuncu isə daha sonra “VAZ-219010” ilə toqquşub.

Məlumata görə, VAZ” ilə “Hyundai” markalı avtomobillərin sürücüləri hadisə yerindəcə ölüb.

Faktla bağlı cinayət işi açılıb.