Rusiyada azərbaycanlıların da olduğu gəmi yoxa çıxıb - Yenilənib

Rusiyada azərbaycanlıların da olduğu gəmi yoxa çıxıb
Oxunma sayı: 1896

Rusiyada göyərtəsində 21 nəfərin olduğu balıqçı gəmisi Yapon dənizində yoxa çıxıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, “Vostok” gəmisinin axtarışlarına iki vertolyot və iki gəmi göndərilib. Gəmi ilə əlaqə saxlamaq üçün göstərilən bütün cəhdlər boşa çıxıb. 

Axtarış aparılan ərazidən iki xilasedici jilet tapılıb. 

Qeyd edək ki, ekipaj üzvləri arasında Azərbaycan vətəndaşları da var. 

***

Rusiya KİV-i gəminin ekipaj üzvlərinin adlarını açıqlayıb. Onların arasında iki azərbaycanlı da var: 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadə. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi