Rusiyada azərbaycanlıların olduğu avtobus qəzaya düşdü - Video

rusiyada-azerbaycanlilarin-oldugu-avtobus-qezaya-dusdu
Oxunma sayı: 3683

Bu gün Rusiyanın Stavropol  şəhərində ağır qəza baş verib. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva-Bakı marşrutu üzrə hərəkət edən “Mercedes” markalı avtobus “Ford” və “VAZ 2110” markalı minik avtomobilləri ilə toqquşub.

Qəza zamanı 13 nəfər xəsarət alıb, onlar arasında azərbaycanlıların da olduğu qeyd edilir. 

Yaralılar xəstəxanaya yerləşdirilib.