Rusiyada azərbaycanlıların öldüyü qəzaya görə cinayət işi açıldı

rusiyada-azerbaycanlilarin-olduyu-qezaya-gore-cinayet-isi-acildi
Oxunma sayı: 2111

Rusiyanın Stavropol diyarında 6 nəfər azərbaycanlının ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Rusiya Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci bəndi üzrə (yol hərəkəti qaydalarının pozulması və nəqliyyat vasitəsinin istismarı, iki və daha artıq şəxsin ölümünə səbəb olma) istintaq prosesi başladılıb.

Qeyd edək ki, Nevinnomısk yaxınlığında “ZİL” markalı yük maşını ilə Azərbaycandan Moskvaya gedən “Mercedes Vito” sərnişin avtobusunun toqquşması nəticəsində 6 nəfər azərbaycanlı dünyasını dəyişib, “ZİL”in sürücüsü daxil olmaqla, 4 nəfər isə yaralanıb. İlkin ehtimala görə, qəzaya “ZİL”in sürücüsünün sükan arxasında yatması və əks zolağa çıxması səbəb olub.