Rusiyada bina çöküb - Ölənlər var + Video + Yenilənib

Rusiyada bina çöküb
Oxunma sayı: 2952

Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissəsi çöküb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir  ki, hadisə nəticəsində binanın bir bloku bütövlükdə çöküb. 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

İlkin məlumata görə, hadisəyə qaz sızması nəticəsində baş verən partlayış səbəb olub. İki nəfər ölüb.

Xilasedicilər dağıntılar altında 4 nəfəri çıxarıblar. Onlardan ikisi artıq evə buraxılıb. Dağıntılar altında insanları hələ də qaldığı bildirilir.

***
Dağıntıların altında 4 nəfərin cəsədi çıxarılıb. 8 nəfər isə xəsarət alıb. 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi